Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyi ilə əlaqədar “Əbədi şöhrətin işığı” adlı dəyirmi masa

15 iyul 2014 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 45 illiyi ilə əlaqədar “Əbədi şöhrətin işığı” adlı dəyirmi masa keçirildi.

İlk öncə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək ulu öndərin əziz xatirəsini yad etdilər, ulu öndərin adını daşıyan Mərkəzdə toplanmış eksponatlarla tanış oldular.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş sözü ilə tədbiri açaraq, tədbir iştirakçılarını salamladı. 1 dəqiqəlik sükütla ulu öndərin əziz xatirəsi yad edildi.

Böyük siyasi və dövlət xadimi, heyranlıq doğuracaq coşqun siyasi fəaliyyəti ilə XX əsrin tanınmış siyasətçiləri sırasında həmişəlik öz layiqli yerini tutmuş Azərbaycanın dahi oğlu Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi tarixi dövrdən bəhs edən sənədli film nümayiş olundu.

Dövlət Statistika Komitəsinin şöbə müdiri Malik Heydərov çıxış edərək Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olduğunu, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrünün Heydər Əliyevin adı ilə sıx bağlılığını və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunduğunu qeyd etdi.

Yasamal rayon Müharibə və Əmək Veteranları Şurasının sədri Almaz Qasımova, ehtiyatda olan polkovnik Bəhram Şeydayev, “Qələbə” Əlillər Cəmiyyətinin sədri Mehdi Vedili çıxışları zamanı Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra qısa vaxtda uzunmüddətli və hərtərəfli inkişafın ilkin bünövrəsinin qoyulduğunu, sonralar bu prosesin xalq tərəfindən haqlı olaraq Azərbaycanın intibahı kimi qiymətləndirildiyini vurğuladılar.

Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf  baş vermiş,  bu inkişaf  ölkənin  həm iqtisadi, həm də sosial-mədəni sferasını əhatə etmişdir. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünki gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Tədbirin sonunda Mərkəzin foyesində təşkil olunmuş kitab və foto sərgiyə baxış keçirildi.

Keçidlər