Şriftin ölçüsü :

Saytın rəngi :

Mətbuat prospekti 24, 24A ünvanında abadlaşdırılmış nümunəvi məhəllənin və mini futbol meydançasının açılış mərasimi keçirilmişdir.

07 may 2014 | 10:00

Azərbaycan  xalqının Ümummilli  lideri,   Ulu Öndər  Heydər  Əliyevin anadan olmasının  91-ciil dönümü  münasibətilə Yasamal rayon İcra  Hakimiyyəti Yasamal  Bələdiyyəsi ilə  birgə Mətbuat prospekti, 24, 24A ünvanında abadlaşdırdığı  nümunəvi məhəllənin və mini futbol meydançasının açılış mərasimi keçirilmişdir.

Tədbirdə Yasamal rayon İcra  Hakimiyyətinin Başçisi  İbrahim  Mehdiyev, Milli Məclisin deputatı,  akademik Abel Məhərrəmov,  Yasmal Bələdiyyəsinin  sədri Zakir  Cəfərov, Yasamal rayon icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, Yasamal  Bələdiyyəsinin üzvləri, Rayonun mənzil-təsərrüfat və xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri  və  200 nəfərə yaxın  məhəllə sakini iştirak edirdilər.

Tədbiri girş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin  Başçısı İbrahim  Mehdiyev  Ulu  Öndər   Heydər Əliyevin anadan olmasının  91-ci il dönümü  münasibətilə  rayonda çoxsaylı  tədbirlərin həyata kecirtdiyini bildirdi.  O, bu ərəfədə rayonda  geniş vüsət alan abadlıq-quruculuq işləri barədə sakinlərə məlumat verdi və  bu istiqamətdə rayon bələdiyyəsinin işini xüsusi vürğuladı.

Tədbirdə  Yasamal  Bələdiyyəsinin sədri Zakir Cəfərov çıxış edərək bildirdi ki,  Ulu Öndər Heydər Əliyev tərəfindən təəməli qoyulan yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin  fəaliyyəti və inkişafı üçün  ölkə Prezidenti  İlham  Əliyev Cənabları tərəfindən hərtərəfli şərait yaradılmış, yerli hakimiyyət orqanı kimi onların hüquqi və maliyyə-iqtisadi əsasları yaradılmışdır. Dövlət başçısının yaratdığı bu şəraitdən bəhrələnərək bələdiyyələr  respublikamızın social-iqtisadi inkişafında mühüm əhəmiyyətli proqramların həyata keçirilməsində və yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak edirlər. Yasamal Bələdiyyəsi də yarandığı gündən rayon İcra Hakimiyyətinin tövsiyyələri və koordinasiyası əsasında rayonda coxsayli abadlıq-quruculuq işlərinin yerinə yetirilməsində iştirak etmiş, rayon sakinlərinin social  problemlərin həlli ilə bağlı  məqsədyönlü fəaliyyət göstərmişdir.  Fəaliyyətimizin əsas xəttini rayon sakinlərinə xidmət, onların rahatlığının və qarşılaşdıqları  yerli problemlərin qisa bir müddətdə həll etməsi təşkil edir.  Son iki il ərzində Yasamal bələdiyyəsi  rayon ərazisində 4  yaşayış məhəlləsini tam abadlaşdırmış,  2 idman meydançası inşa edərək sakinlərin istifadəsinə vermişdir. Sosial qayğıya ehtiyacı olan yüzlərlə rayon sakinlərinə maddi və ərzaq yardımları göstərilmişdir.

Z. Cəfərov bildirdi ki, bu il Yasamal Bələdiyyəsi rayon İcra Hakimiyyətinin köməkliyi ilə  abadlıq-quruculuq  işlərinə Mətbuat prospekti 24, 24A ünvanında başlamışdır. Bu müddət ərzində bir hektara yaxın ərazi tullantılardan  təmizlənmiş və təsdiq olunmuş layihə sənədlərinə uyğun olaraq planlaşdırma işləri aparılmışdır. Planlaşdırma və yaşıllıq zolaqlarının salınması məqsədilə əraziyə 600 kuba yaxın torpaq daşınmışdır.

Ərazidə 620 p/m bardyür çəkilmiş və 340 p/m bardyürlər arası yaşıllıq zolağı  və 600 kv. metr yaşıllıq sahəsi düzəldilmiş, ümumilikdə  əraziyə 100 ədəd küknar ağacı əkilmişdir.

Məhəllədə 16 ədəd oturacaq və  hər birinin sahəsi 24.0 kv.m. olan 4 ədəd günlük quraşdırılmış, yerlərinə 96 kv. metr kv.m. üzlük plitə vurulmuşdur.  Yaşayış məhəlləsində 2 yerdə uşaq idman meydançası tikilmiş, orda 2 yerli 2 ədəd yelləncək, 1ədəd sürüşkən və 2 ədəd idman qurğusu yerləşdirilmişdir.

Məhəllədə  sahəsi 450 kv.m. olan  stadion tikilmiş, ətrafına 90 p/m. hündürlüyü  0,5 metr ikiqat daş hasar çəkilmiş, hündürlüyü 3.0  metr olan 90 p/m metal profildən və paslanmamış metaldan tor çəkilmişdir. Məhəllənin ərazisində  piyada zolaqları salınmış və ümumilikdə həmin zolaqlara 250 kv.m mozoik plitə döşənmişdir.  Ümumilikdə  məhəllədaxilinə 1800 kv. metrə yaxın yeni asfalt örtüyü çəkilmişdir.

Çıxışının sonunda Z. Cəfərov məhəllədə tikinti-abadlıq işlərinin aparılması zamanı göstərdikləri dəstəyə görə bütün məhəllə sakinlərinə minnətdarlığımızı bildirir və bu abad həyətin qorunub saxlanmasınıı onlardan xahiş etdi. Eyni zamanda o  rayon sakinlərini əmin etdi ki, Yasamal Bələdiyyəsi gələcəkdə də  Sizin dəstəyinizlə rayonun social-iqtisadi inkişafı istiqamətində fəaliyyətini daha da  gücləndirəcəkdir.

Sonra rayon İcra Hakimiyyətinin Başcısı İbrahim Mehdiyev məhəllə sakinlərini narahat edən sullara cavab verdi və qaldirilan problemlərin həlli üçün yerindəcə müvafiq xidmət idarələrinin rəhbərlərinə lazımi göstərişlər verdi.

Məhəllədə mini fütbol meydançasının da açılışı oldu və kiçik yaşlı futbolçuların məhəllədaxili yarışına start verildi.

Tədbirdə iştirak edən rayon sakinləri  məhəllənin abadlaşdırılması  və onların istirahəti üçün yaradılan şəraitə görə Ölkə Prezidenti  Cənab İlham Əliyevə,  Yasamal rayon İcra Hakimiyyətinin  və  Yasamal Bələdiyyəsinin  rəhbərliklərinə minnətdarlıqlarını bildirdilər.

Tədbir  konsert  proqramı ilə yekunlaşdı.

Keçidlər