Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon məktəbləri arasında “Cəsurlar” hərbi-idman və turizm yarışı keçirildi

15 mart 2014 | 11:00

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Yasamal rayon orta ümumtəhsil məktəblərinin komandaları arasında “Cəsurlar” hərbi-idman və turizm oyunu üzrə rayon birinciliyi keçirildi.

Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşaiyəti ilə Azərbaycan Respuplikasının Dövlət Himni səsləndirildi.

Birinciliyin təntənəli açılış mərasimi Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əliyevanın birincilik iştirakçılarına uğurlar arzulaması ilə başladı. Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək komandalara yarışda müvəffəqiyyətlər arzuladı. O, çıxışında hərbi-idman oyunlarının keçirilməsində başlıca məqsədin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılmasından, şagirdlərin hərbi-idman oyunlarına cəlb edilməsindən, onların ordu siralarında xidmətə köməklik göstərilməsindən ibarət olduğunu qeyd etmişdir.

Birinciliyin nəticələrinə görə I yeri 38 saylı məkəbin komandası, II yeri 158 saylı məktəbin komandası, III yeri ictimai-siyasi və humanitar məsələlər şöbəsiə 153 saylı məktəbin komandası tutdu. Qalib komanda yarışların Bakı şəhər zona mərhələsinə vəsiqə qazandı.

Keçidlər