Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə tədbir keçirildi

25 fevral 2014 | 11:00

2 nömrəli Bakı Baza Tibb Kollecində Yasamal rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Mərasimi giriş sözü ilə kollecin direktoru Dilarə xanım Məmmədəliyeva açıq elan etdi, Xocalı şəhidləri 1 dəqiqqəlik sükutla yad olundu. Sonra Yasamal rayon Icra Hakimiyyətinin Başçısı Ibrahim Mehdiyev Xocalı Soyqırımı haqqında geniş məruzə  ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, heç bir azərbaycanlının Xocalı Soyqırımını unutmağa haqqı yoxdur. Çünki Xocalı soyqırımı vəhşiliyin görünməmiş təzahürüdir. Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatınn sədri Fikrət İsmayılov ermənilərin uzun illər törətdikləri vəhşiliklərdən və kütləvi qırğınlardan danışdı. Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində vəhşilik olduğunu söylədi.O, bu Soyqırımın bəşəriyyətə qarşı tarixi cinayət olduğunu bir daha vurğuladı. Yasamal rayon Ağsaqqallar Şurasının sədri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimov çıxış edərək Xocalı həqiqətləri haqqında danışdı və yazdığı kitabını və çəkdiyi şəkilləri nümayiş etdirdi. Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Nadir Rəşidov Xocalı soyqırımının canlı şahidi kimi o dəhşətli günlərdə xocalıların başına gələn müsibətlərdən, erməni cəlladlarının törətdikləri ağlasığmaz vəhşiliklər haqqında geniş danışdı. Gənclərə müraciət edərək onları ermənilərə qarşı unutqan olmamağa çağırdı.

Sonra incəsənət xadimləri və kollecin tələbələri “Xocalı qan yaddaşımızdır” mövzüsunda bədii kompozisiya ilə çıxış etdilər.   

Mərasim başa çatdıqdan sonra Xocalı faciəsinin ildönümü münasibəti ilə ehsan verildi və mərasimdə iştirak edən Xocalı şəhidlərinin ailələrinə ərzaq yardımları paylandı.

Keçidlər