Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral ümumrespublika gənclər günü münasibətilə rayon gənclərinin yekun toplantısı keçirildi

01 fevral 2014 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 Fevral gənclər gününə həsr olunmuş rayon gənclərinin yekun toplantısı  keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Sevil Əliyeva, İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon Veteranlar Şurasının sədri Almaz  Qasımova, BDU-nun Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov, ali və orta ixtisas məktəblərinin Tələbə Gənclər Təşkilatlarının sədrləri, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdi.

İlham Səfərov tədbiri açaraq  qonaqları salamladı, gəncləri qarşıdan gələn gənclər günü münasibətilə təbrik etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sevil Əliyeva, Almaz Qasımova, Məmmədbağır Məmmədov çıxış edərək gənclər gününün yaranma tarixindən, dövlətin gənclərə göstərdiyi qayğıdan, Azərbaycan gənclərinin  ölkə miqyasında hərtərəfli fəaliyyətindən, ölkəmizin qazandığı uğurlarda gənclərin iştirakından söz açdılar, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiklərini vurğuladılar.  Çıxışlar zamanı  gənclər gününün təsis edilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi qeyd olundu.

Müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc rayon rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular.

Tədbir ulu öndər Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi qayğıdan və respublikamızda həyata keçirilən gənclər siyasətindən bəhs edən filmin nümayişi ilə yekunlaşdı.

Keçidlər