Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin ilk hesabat yığıncağı keçirilmişdir

30 yanvar 2014 | 11:00

Yasamal rayonundakı 31 saylı tam orta məktəbin iclas zalında rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş ilk hesabat yığıncağı keçirilmişdir.

Hesabat iclasını giriş nitqi ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ramin Əliyev açaraq, nümayəndəliyinin ölkə başçısının müvafiq sərəncamının icrası olaraq Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradıldığını diqqətə çatdırdı. Sonra 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qısa müddət ərzində gördüyü işlər barədə məlumat verərək bildirmişdir ki , nümayəndəlik ərazisində ev təsərrüfatı kitabları dəqiqliklə öyrənilmiş, 17765  ev təsərrüfatı, 66104 nəfər ev təsərrüfatının üzvü haqqında məlumat qeydə alınmışdır.

2013-cü il ərzində Nümayəndəliyin ərazisində yaşayan sakinlərin sosial əhəmiyyətli sifarişləri öyrənilmiş, nümayəndəliyə müraciət edən vətəndaşların problemləri araşdırılmış və bu barədə rayon İcra Hakimiyyəti Başçısına məlumatlar təqdim edilmişdir. 30 May 2013 – cü il tarixində Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində operativ idarə etmə mərkəzi vasitəsilə Yasamal Rayon İcra Hakimiyyəti  Başçısının vətəndaşların qəbulu həyata keçirilmişdir. Qəbulda iştirak edən 18 nəfər  sakindən müraciət edən 10 nəfər sakinin  müraciətinə müsbət baxılmış və bu müraciətlər öz  həllini tapmışdır. Bunlara əyani  misal olaraq, Yasamal Rayon Icra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Əlibəy Hüseynzadə küçəsində  yaşayan sakinlərin xahiş və müraciətləri nəzərə alınaraq, yeni asfalt örtüyü vurulmuş və həmin küçənin yararsız hala düşmüş işıq dirəkləri yenidən bərpa olunmuşdur.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi rayon ərazisində keçirilən bütün tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, buna əyani misal olaraq Nümayəndəliyin Dövlət Akademik Dram Teatrının geniş tamaşa salonunda Azərbaycanın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış böyük yubiley tədbirində iştirak etmişdir.

Yığıncaqda çıxış edən  Yasamal rayon Ağsaqqallar şurasının sədri, akademik rayon icra hakimiyyəti Başçısı yanında Şuranın üzvü Kərim Kərimov, Yasamal rayon  Bələdiyyəsinin sədr müavini Əli Əkbərli son illər Yasamal rayonunda görülən əzəmətli quruculuq işlərindən danışmış, əhalisinin sosial müdafiəyə ehtiyacı olan  təbəqələrinə göstərilən  xidmət daim  diqqət mərkəzində olduğunu qeyd etmişlər.

Rayon  sakini Nemətova Şəhla ölkə başçısı cənab İlham Əliyev tərəfindən Yasamal Rayonuna xüsusi diqqətini qeyd edərək ölkə başçısına öz   minnətdarlığını  bildirmişdir.

Yığıncaqda çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başcısı aparatının  İctimai Siyasi və  humanitar məsələlər şöbəsinin  müdiri  Zöhrab  Cəfərov  rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyində görülmüş işlər və  qarşıda duran vəzifələrdən bəhs edərək öz tövsiyyələrini bildirmişdir .

Daha sonra yığıncaqda çıxış edənlər rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü il üçün hesabatını qənaətbəxş hesab etmişlər.  Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər