Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2013-cü ildə görülmüş işlərin hesabatını vermişdir

24 yanvar 2014 | 11:00

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamına  uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 06 dekabr 2012-ci il tarixli sərəncamına əsasən yaradılmış 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2013-cü ildə gördüyü işlərə dair 23 yanvar tarixində illik hesabat vermişdir. 

Rayonun 53 saylı tam orta məktəbində keçirilən tədbirdə Yasamal rayon rəhbərliyi, rayon təsərrüfat xidməti sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin istirakı ilə keçirilən 1-ci hesabat yığıncağında 2013-cü il ərzində görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teymur Mahmudov bildirmişdir ki, icra nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq Mətbuat prospekti 58 A ünvanında nümayəndəlik üçün inzibati bina tikilmiş, bina bütün növ avadanlıq və ləvazimatlarla təchiz olunmuşdur.

Nümayəndəlik fəaliyyətə başladığı ilk dövrlərdə ərazidəki ev təsərrüfatlarına baş çəkmək yolu ilə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısı tərtib edilmiş və 192 ədəd ev təssərrüfat uçotu  kitabı hazırlamışdır.

2013-cü il ərzində ərazidə yaşayan sakinlərin sosial əhəmiyyətli sifarişləri öyrənilmiş, nümayəndəliyə müraciət edən vətəndaşların problemləri araşdırılmış və bu barədə rayon İcra Hakimiyyəti Başçısına məlumatlar təqdim edilmişdir.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1-ci Alatava sakinlərinin xahişləri nəzərə alınaraq məhəllə daxili yollara 2500 kvadrat metr asfalt örtüyü vurulmuşdur.

Yola saldığımız il ərzində Ş.Mehdiyev küçəsi 97A saylı binanın həyətində abad həyət salınmış, burada sakinlərin dincəlməsi üçün şərait yaradılmışdır.

Ötən il Nümayəndəlik  ərazisində yerləşən 82 saylı uşaq bağçası və 53 saylı tam orta məktəb istifadəyə verilmişdir.

Nümayəndəliyin ərazisində yerləşən “Azərsu” ASC-nin mərkəzi laboratoriyasının yeni inzibati binası istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmiş, “+ 110 qərb” su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olmuşlar.

Noyabr ayının 15 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nümayəndəlik ərazisindəki Jen-Mironosits kilsəsinin yerləşdiyi sahədə yeni tikilən Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışında da iştirak etmişdir.

Yığıncaqda çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 1-ci müavini Səməd İslamov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Yasmamal Rayonuna göstərilən diqqət və qayğıdan, gələcəkdə rayon sakinləri şəraitinin yaxşılaşdırılması üçün  həyata keçirilməsi nəzərdə tutulan işlərdən danışmışdır.

Daha sonra çıxış edən Natiqlər 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin illik hesabatını qənaətbəxş saymışlar.

Keçidlər