Ulu öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü münasibəti ilə anım tədbirləri keçirilmişdir
Yasamal rayonunun «İdeal», »Elit», «Karvan», «Qismət» və «Şahdağ» şadlıq saraylarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir. Tədbirlərdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısının aparatı, rayonun ağsaqqal və ağbirçəkləri, ziyalıları, idarə, müəssisə və təşkilatların təmsilçiləri, eləcə də geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.
Anım tədbirində çıxış edənlər ulu öndər Heydər Əliyevin həyatı, böyük dövlət xadimi kimi fəaliyyətindən ətraflı söhbət açdılar. Azərbaycan xalqının ümummilli lideri ehtiramla yad edildi.
Ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsinə həsr olunmuş anım tədbirlərində 1200 nəfər iştirak etdi.