Ədəbiyyatşünas alim, filoloq Firidun Hüseynovun 80 illik yubileyinə həsr olunmuş tədbir
Yasamal rayonu Heydər Əliyev Mərkəzində ədəbiyyatşünas alim, tənqidçi, filologiya elmləri doktoru, professor Firidun Hüseynovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, BDU-nun türkologiya kafedrasının müdiri Tofiq Hacıyev, xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Nəriman Həsənzadə, Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, kimya elmləri doktoru, professor İsmayıl Əliyev, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədli, elm adamları və ziyalılar, yubileyi ehtiramla yad edilən alimin ailə üzvləri və yaxınları, KİV və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Mərkəzin “Muzey” bölməsində ulu öndərin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Yubiley tədbirində mərhum alimin həyatından və elmi fəaliyyətindən bəhs edən çıxışlar dinlənildi. Tədbirdə çıxış edən qonaqlar Firidun Hüseynovun şəxsi keyfiyyətlərindən söz açdılar, onunla bağlı хаtirələrini tədbir iştirаkçılаrı ilə bölüşdülər. Qeyd olundu ki, o həm elmdə, həm təşkilatçılıqda fəallığı ilə seçilər, tələbələrə doğma ata qayğısı göstərərdi.
Sonda alimin аiləsi аdındаn Araz Hüseynov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirdi.
Tədbir zamanı Firidun Hüseynovun həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu.