Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr-Dövlət Bayrağı və 12-noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir

09 noyabr 2013 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə 9 noyabr-Dövlət Bayrağı və 12-noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon  təşkilatının sədri Fikrət İsmayılov, hüquqşünas, birinci ixtisas dərəcəli hakim, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi Ənvər Seyidov, Yasamal rayon Ağsaqqallar Şurasının sədri Kərim Kərimov, Yasamal rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Salatın Əhmədli, rayon ziyalıları, təhsil və  mədəniyyət müəssisələrinin rəhbərləri, tələbələr, KİV nümayəndələri və digər qonaqlar iştirak edirdi.

Tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsində ulu öndərin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər, “Xatirə Kitabı”na ürək sözlərini yazdılar.

İbrahim Mehdiyev tədbiri açaraq tədbir iştirakçılarını salamladı, qarşıdan gələn hər iki əlamətdar gün münasibətilə təbrik etdi, Azərbaycan xalqının keçdiyi tarixi yola nəzər salaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra əldə edilmiş ictimai-siyasi sabitlik, ölkədə hüquqi dövlət quruculuğu, islahatların aparılması, demokratik prinsiplərin bərqərar olması üçün həyata keçirilmiş işlərdən  söz açdı.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ənvər Seyidov çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşması və dövlətimizin Ali Qanunu olan ilk Konstitusiyanın qəbulunun məhz xalqın təkidi ilə 1993-cü ildə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.

Əmir Əliyev çıxışı zamanı müəllifi Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin olduğu ilk milli Konstitusiyamızın qəbulundan ötən dövrdə respublikamızda baş vermiş  mühüm irəliləyişlər və cəmiyyətimizin köklü surətdə demokratikləşməsi yolunda atılan mühüm addımlardan söz açdı. Azərbaycanda dünyəvi, demokratik dövlətçilik ənənələri, insan hüquq və azadlıqlarının toxunulmazlığını təmin edən sivil cəmiyyət formalaşdığını, bütün bunların ölkəmizdə hüquqi dövlət quruculuğu işinin uğurlu nəticəsinin əsası kimi qiymətləndirildiyini qeyd etdi.

Salatın Əhmədli məruzə ilə çıxış edərək Azərbaycan Respublikasının dövlət suverenliyinin rəmzi olan dövlət bayrağının yaranma tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.

Sonda hər iki əlamətdar gündən bəhs edən film nümayiş olundu.

Keçidlər