Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə

06 noyabr 2013 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin Akt zalında FHN-nin Bakı Regional Mərkəzi rayon İcra Hakimiyyəti ilə birgə “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirədə təhsil, səhiyyə, təsərrüfat təşkilatlarının rəhbərləri, MKTB-i, yataqxana və tələbə şəhərciklərinin komendantları iştirak etmişlər.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini X.Möhbalıyev müşavirə iştirakçılarına giriş sözündə bildirmişdir ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar yaşayış evlərinin, təhsil, səhiyyə və digər sosial yönümlü obyektləri fasiləsiz qaz, elektrik enerjisi və istiliklə təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən xeyli işlərin görülməsi ilə yanaşı insanların təhlükəsizliyinin təmin olunması önəmli məsələlərdən biridir. Bu baxımdan rayon İcra Hakimiyyəti

Başçısının 100 saylı 18 aprel 2012-ci il tarixli sərəncamı ilə “Qaz Təsərrüfatında təhlükəsizlik qaydalarının norma və tələblərinin pozulması zəmnində baş vermiş qəza və bədbəxt hadisələrlə əlaqədar” işçi komissiyası yaradılmışdır.

Komissiya üzvləri, tərəfindən Tədbirlər planına uyğun olaraq müəyyən işlər görülmüşdür. Əhali arasında maarifləndirmə işləri gücləndirilmiş, yaşayış binaların girişində məlumat xarakterli elanlar vurulmuş, bukletlər paylanmışdır.

Görülmüş işlərin nəticəsi olaraq 2012-ci ilin müvafiq dövrü ilə müqaisədə bu il bədbəxt hadisələrin sayı azalmışdır.

Belə ki, 2012-ci ildə dəm qazından zəhərlənmə nəticəsində 3 nəfər həlak olmaqla  90 hadisə,  bu ilin 10 ayı ərzində isə 2 nəfər həlak olmaqla 48 hadisə qeydə alınmışdır.

2013-cü ilin 10 ayını təhlil edərək, yanğınların baş verməsinin əsas səbələrini elektrik avadanlığı və elektrik qurğularının, qaz sobalarının istismar qaydalarının pozulması, qısa qapanma halları kimi göstərmişdir.

Sonradan müşavirə iştirakçılarına, yanğınların baş vermə səbəbləri, yanğından mühafizə mövzusunda video-materiallar və slaydalar nümayiş etdirilmişdir.
Mövzu ətrafında çıxış edən Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Mühafizə Xidmətinin, rayon Qaz İstismarı sahəsinin, Enerji Təchizatı və Satışı İdarəsinin, rayon MKTB-nin nümayəndələri, rayon Təcili Yardım stansiyasının baş həkimi çıxışlarında keçirilən müşavirəninvacib və aktual olduğunu vurğulayaraq, görülən işləri, mövcud problemlər və onların həlli yollarını müzakirə etmişdir.

Keçidlər