Yasamal rayonunda Azərbaycanın Milli Qəhrəmanı yad edilib
Bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Səfiyar Behbudovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Anım mərasmində Yasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov, şəhid ailələri, qazilər və Yasamal rayonu ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov bildirdi ki, şəhid Səfiyar Behbudov və bütün şəhidlərimizin ruhu indi şaddır, çünki Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində onların qisasını aldı və bu gün Agdam və digər torpaqlarımız düşməndən azaddır.
Daha sonra çıxış edən Səfiyar Behbudov haqqında “Qəhrəmanlıq zirvəsi” sənədli filmin müəllifi Kəmalə Musazadə şəhidin döyüş yolu barədə söhbət açdı. Onun 1992-ci ildə Agdam və ətraf ərazilər uğrunda gedə döyüşlərdə qəhrəmanlıq göstərdiyi və şəhid olduğu xatırladıldı.Tədbirdə həmçinin şəhidin bacısı Naibə xanım çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi.Qeyd olundu ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz düşməndən qisas aldı.Daha sonra Səfiyar Behbudov haqqında bəhs edən “Qəhrəmanlıq zirvəsi” sənədli filminə baxış keçirildi.