Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 31 mart Soyqırımı qurbanları yad edilir

29 mart 2022 | 11:00

31 mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə anım tədbiri keçirilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkili Səbinə Xasayeva, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə 31 mart  soyqırımı haqqında ətraflı məlumat verildi və qeyd olundu ki, soyqırım qurbanları Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir.

Tədbirdə tarixçi-alim Azad Rzayev geniş məruzə ilə çıxış etdi. Qeyd etdi ki, “dənizdən dənizə” dövlət qurmaq istəyən erməni millətçilərinə qarşı ən ciddi müqaviməti azərbaycanlılar göstərib. Xarici havadarlarına bel bağlayan ermənilər dinc əhaliyə qarşı görünməmiş cinayətlər törədiblər.

Tədbirdə xalqımızın 31 soyqırımını heç zaman unutmamalı olduğu vurğulandı.Qeyd onudu ki, gənclərimiz tariximizi dərindən öyrənməlidirlər. Bu, gələcəkdə yeni faciələrin baş verməməsi üçün son dərəcə vacibdir.Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında bədii kompozisiya ila başa çatdı.

Keçidlər