Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edir
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 1 vakant vəzifə təqdim olunub.
- Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Rayon təsərrüfatı şöbəsi, şöbə müdiri (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
Müsahibə proqramı
Dövlət qulluğu üzrə müraciət Forması - İcra nümayəndəlikləri, 2 saylı SİƏD, baş məsləhətçi - baş mühasib (1 yer)
Vəzifə haqqında ətraflı məlumat
Müsahibə proqramı
Dövlət qulluğu üzrə müraciət Forması
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanında vakant inzibati vəzifələrin tutulması məqsədilə 16 sentyabr 2024-cü il tarixində ümumi müsahibə elanı verilmişdir. Elan üzrə sənəd qəbulu yalnız Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 15 oktyabr 2024-cü il tarixi, saat 18:00-dək davam edəcək.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550
Əlavə məlumat:
· Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinin tələblərinə (təhsilə dair tələb, iş stajına dair tələb və s.) cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
· Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
· Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.