Şriftin ölçüsü :

Saytın rəngi :

Görülən işlər

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı aparatının etik müvəkkilinin 2021-ci ildə gördüyü işlərə dair

HESABATI

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrlə bağlı Yasamal rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Qanunun icrası ilə bağlı vəzifələrin yerinə yetirilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatında, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə işləyən dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında bu qanunla müəyyən olunan etik davranış  qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri və etik davranış qaydalarının pozulmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.

Hesabat dövründə dövlət qulluqçularının fəaliyyətində peşəkarlıq və fərdi məsuliyyətin artırılması,  ictimai etimad,  insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, mədəni davranış, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi, əmr, sərəncam və ya tapşırıqların operativ qaydada yerinə yetirilməsi, qərəzsizlik, Dövlət qulluqçusunun fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, onlara əməl edilməsi məsələləri üzrə və koronovirus (COVİD-19) infeksiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq treninqlər, müşavirələr, fərdi söhbətlər həyata keçirilmişdir.

Hesabat ilində İcra Hakimiyyətinin əməkdaşları tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilməmişdir.

Keçidlər