Əzizov Əziz İmran oğlu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2018-ci il tarixli 3624 N-li Sərəncamına əsasən Əzizov Əziz İmran oğlu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
09 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailələdir, 3 övladı var.
15.08.1985 – 16.01.1986 – Tramvay parkında xətt sahəsi təmiri ustası,
16.01.1986 – 21.09.1987 – Tramvay parkında vaqon bölməsində usta,
21.09.1987 – 20.01.1989 – Tramvay parkında yol təhlükəsizliyi müfəttişi,
31.01.1989 – 10.09.1990 – Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi,
10.09.1990 – 19.10.1992 – Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən,
19.10.1992 – 09.02.1993 – Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi,
09.02.1993 – 01.02.1996 – Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəis,
05.03.1996 – 08.08.2006 – Sahibkarlıq fəaliyyəti,
08.08.2006 – 02.02.2018 – Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı,
02.02.2018-ci il tarixdən – Yasamal Rayon İcra Hakimiyyətinin başçısı.