Şriftin ölçüsü :

Saytın rəngi :

Allahverdiyev Elnur Marat oğlu - Milli Məclisin deputatı

Allahverdiyev Elnur Marat oğlu 21 aprel 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə oxuyub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin “Hüquqşünaslıq” fakültəsində ali təhsil alıb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakültəsində ikinci ali təhsilini alıb. 1999-cu ilin iyul ayından 2000-ci ilin iyul ayınadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Qazax rayonundakı N saylı hərbi hissəsində hərbi xidmət keçib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən “ABC-Telecom” MMC-nin Baş direktoru vəzifəsində çalışıb. 9 fevral 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdə deputat seçilməsi ilə əlaqədar olaraq sahibkarlıq fəaliyyətinə son verib. 13 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu olub. 1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. Milli Məclisə deputat seçildikdən sonra bu vəzifədən istefa verib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Keçidlər