Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Ülvi Zahid oğlu – Milli Məclisin deputatı və Gənclər və idman komitəsinin üzvü, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti

1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

Ü.Quliyev əczaçılıq sahəsində çalışıb. Dövlət Gömrük Komitəsinin şöbə rəisi, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini olub.

2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (III çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən(IV çağırış- Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü), 2015-cu ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən (V çağırış)deputat seçilib və Gənclər və idman komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2018-ci ildə Gənclər və idman komitəsinin Sədri seçilib.

2020-ci ildə 15 saylı Yasamal 1-ci seçki dairəsindən(VI çağırış- Gənclər və idman,Səhiyyə komitəsinin üzvü)deputat seçilib.

 Rus və ingilis dillərini bilir.

Bitərəfdir.

Evlidir.

 

Keçidlər