Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.

Rayon ərazisindən - cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən – Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan – Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.

Rayon əhalisinin sayı 249 335 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 4304 ailə - 16 001  nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:

Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 48.7 faizini kişilər, 51.3 faizini qadınlar təşkil edir.

Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 31 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3151 nəfər, şagirdlərin sayı isə 39419 nəfərdir.

Metropolitenin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar “ metro stansiyaları rayon ərazisindədir.

Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.

Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi – 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.

Keçidlər