Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov sakinlərinin qəbulunu keçirib

31 yanvar 2022 | 11:00

Yanvarın 31-də Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov rayon sakinlərinin növbəti qəbulunu keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri də iştirak ediblər.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları maraqlandıran birt sıra suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına müraciətlər etdilər. Əsas etibarilə məşğulluq, sosial təminat, abadlıq işləri və digər mövzuların qaldırıldığı iclasda vətəndaşların bütün sual və sorğularına Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov tərəfindən ətraflı cavablar verildi.

Sonda sakinləri narahat edən problemlərlə bağlı müvafiq struktur rəhbərlərinə aidiyyatı tapşırıqlar verilib.

Keçidlər