Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən müharibəsinə həsr edilmiş sərgi açılıb

23 dekabr 2021 | 11:00

Bu gün Yasamal rayon Heydər Əliyev Mərkəzində YAP Yasamal rayon təşkilatının dəstəyi və 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə bir qrup rəssamın sərgisi açılıb. Baş tutan sərgidə Ulu Öndər Heydər Əliyev, cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, 2020-ci ilin Vətən müharibəsi, qazi və şəhidlərə həsr edilmiş onlarla rəsm əsəri nümayişə çıxarılıb.

Sərgidə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, ziyalılar, qazi və şəhid ailələri iştirak etdilər.

Tədbirdə çıxış edən millət vəkili Elnur Allahverdiyev 2020-ci ilin Vətən müharibəsində qətiyyət və fədakarlıq göstərən Ali Baş Komandan İlham Əliyev, əsgər və zabitlərimizin adlarını tariximizə qızıl hərflərlə yazdıqlarını qeyd etdi.

Rəsm müəlliflərindən olan Ceyhun Abdullayev sərgiyə yaradılan şəraitə görə təşəkkürünü bildirdi.Qeyd olundu ki, nümayiş olunan rəsm əsərləri Azərbaycanın tarixi şəxsiyyətlərini və tarixi hadisələri əks etdirir. Yasamal rayon Heydər Əliyev

Mərkəzinin direktoru Naminə Ömərova isə Vətən müharibəsinin tariximizdəki rolundan söz açdı.

Keçidlər