Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində Nizamiyə həsr edilmiş bədii tədbir keçirilib

21 dekabr 2021 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dahi Azərbaycan şairinin anadan olmasının 880 illiyinə həsr olunmuş bədii tədbir keçirilib.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Erkin Qədirli, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.Tədbir çərçivəsində Nizaminin əsərlərindən ilhamlanaraq ərsəyə gətirilən rəsm əsərlərinin nümayişi keçirildi. Rəsmlərin müəllifi olan Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Surə Sadıqova, Nəzrin Əliyeva və Şəfiqə Bağırova yaradılan dəyərli fürsətə görə Yasamal rayon İcra Hakimiyyətinə minnətdarlğını bildirdilər.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov Nizami Gəncəvinin Azərbaycan və dünya mədəniyyətinə verdiyi töhfələrdən danışdı. Daha sonra çıxış edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli   dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə söz açdı, “Nizami Gəncəvi İli” çərçivəsində ölkədə keçirilmiş tədbirlərdən bəhs etdi. Bildirildi ki, Nizami Gəncəvi bizim üçün misilsiz mədəni sərvət yaradıb və müasir dövrdə Nizami irsinin təbliği vacibdir.

Daha sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbirlərdən bəhs etdi və Yasamal rayonunun mədəni həyatında fəal iştirak edən bir sıra mədəniyyət işçilərini fəxri fərmanlarla təltif etdi.

Tədbir çərçivəsində N.Gəncəvi yaradıcılığına həsr olunmuş əsərlərdən parçalar canlandırıldı və sərgi nümayişi ilə başa çatdı.

Keçidlər