Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Teymur Həsənovun barelyefinin açılış mərasimi keçirilib

24 noyabr 2021 | 11:00

Bu gün Yasamal rayonunun 153 nömrəli tam orta məktəbin qarşısında Vətən müharibəsinin şəhidi Teymur Həsənovun barelyefinin açılış mərasimi keçirilib. Məktəbin məzunu olan Teymur Həsənov 2020-ci ilin Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 25 oktyabr tarixində şəhidlik zirvəsinə ucalmışdır.

Teymur Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına uğrunda" medalı və "Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.

Açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin ailə üzvləri, orta məktəbin kollektivi və ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbridə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Teymur Həsənov bir vətənpərvər insan kimi yeni, gənc nəsil üçün ən gözəl nümunədir. Məktəblilər və yeniyetmələr Teymuru, bizim bütün şəhid və qaziləri bir örnək kimi qəbul etməlidirlər. Mərasimdə çıxış edən digər natiqlər şəhidin şərəfli döyüş yolundan söz açdılar. Daha sonra məktəbdə təsis edilən Qarabağ muzeyinə və şəhidin təhsil aldığı sinifə baxış keçirildi.

Keçidlər