Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidinin il mərasimi keçirilib

21 noyabr 2021 | 11:00

2020-ci ilin Vətən Müharibəsinin şəhidi Rəşad Mikayılzadə şəhadətinin ildönümündə Yasamal rayonu ictimaiyyəti tərəfindən yad edilib. Şəhid hərbi qulluqçunun Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, dövlət himni səsləndirilib, ruhuna dualar oxunub. Mərasimdə şəhidin keçdiyi döyüş yolundan danışılıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov anım mərasimində şəhidin yaxınlarına başsağlığı verərək onların gündəlik qayğı və probelemləri ilə maraqlanıb.

Rəşad Mikayılzadə 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalmışdır. Rəşad Mikayılzadə  müharibədə göstərdiyi sücaətə görə "Döyüşdə fərqlənməyə görə" medalı,"Vətən uğrunda" medalı  və  "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir. Mərasimdə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun ərazi bütövlüyümüzü bərpa etdiyi bildirildi.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqları da vurğulandı.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Keçidlər