Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı şəhidlərin xatirə kompleksinin tikintisi ilə tanış olub

06 noyabr 2021 | 11:00

Bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Birinci və İkinci Qarabağ müharibələrində, həmçinin aprel və Tovuz döyüşlərində şəhid olmuş  Yasamal rayon sakinlərinin xatirəsinə həsr olunan kompleksin tikintisinin gedişatı ilə tanış olub. Bu məqsədlə əraziyə baş çəkən Elşad Həsənov podratçı şirkətin nümayəndələri  ilə söhbət edib, öz tapşırıq və tövsiyyələrini verib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı ucaldılan bu kompleksin şəhidlərin ruhuna ithaf edildiyini qeyd edib.

Qeyd olunmalıdır ki, xatirə kompleksinin üzərində 339 şəhidin adı və soyadı əks olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Yasamal sakinlərnin bir çoxu 90-cı illərin əvvələrində, aprel və Tovuz döyüşlərində, digər qismi isə ( 33 nəfər) 2020-ci ilin Vətən Müharibəsində həlak olublar. İnşa olunan bu xatirə kompleksi məhz onların ruhuna bir ehtiramdır. Xatirə kompleksinin tikintisi zamanı şəhid ailələrinin təklif və istəkləri də nəzərə alınıb. Xatirə kompleksinin yaxın günlərdə təntənəli açılışı olacaq.

Keçidlər