Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgərimiz il mərasimində anılıb

06 noyabr 2021 | 11:00

Bu gün Yasamal rayonun ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbi qulluqçusu Namiq Quliyevin xatirəsini yad edib. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Erkin Qədirli, şəhidin ailə üzvləri,YAP rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin qazilər və ictimaiyyət nümayəndələri şəhidin il marasimində iştirak ediblər.

II Fəxri Xiyabanda Namiq Quliyevin məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Dövlət himni səsləndirilib, şəhid hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid yaxınlarına başsağlığı verdi və bildirdi ki, Namiq Quliyev müharibədə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Laçının azad olunması uğrunda”, “Xocavəndin azad olunması uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.  Yasamal rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, 8 noyabr Zəfər gününə bizi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən  müdrik siyasət qovuşdurdu. Və ən əsası ölkəmizdə mövcud olan Xalq-İqtidar birliyi öz mühüm rolunu oynadı.

Mərasimdə şəhid ailəsinin üzvləri onun əziz xatirəsinə göstərilən hörmət və ehtirama və dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Keçidlər