Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu ictimaiyyəti Zəfər Gününü qeyd edir

05 noyabr 2021 | 11:00

Bu gün Yasamal rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “8 noyabr Zəfər Günü – qəhrəmanlıq səlnaməsi” adlı tədbir keçirildi. Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzində baş tutan bu tədbir Azərbaycan xalqının 2020-ci ilin Vətən müharibəsinin ildönümünə həsr olunub.

Tədbirdə Yasamal rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, Müdafiə Nazirlyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, generl-mayor Bəkir Orucov, millət vəkilləri Ülvi Quliyev və Səbina Xasayeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov  qeyd etdi ki, ötən il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı xalqımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik nəticəsində yaranan Dəmir yumruq düşmənin başını əzdi və biz öz tarixi torpaqlarımıza qayıtdıq. 30 illik torpaq həsrətinə son qoyuldu və cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi! Elşad Həsənov bildirdi ki,  30 il ərzində tapdanan tarixi ədalət və beynəlxalq hüquq Azərbaycan silahlı qüvvələrinin qəhrəmanlığı sayəsində bərpa olundu. Bunu təmin edən Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan ordusunun əsgər və zabitləri tarixi bir səlnamə yazdılar.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə qeyd etdi ki, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusu xalqımıza Zəfər Günü bəxş etdilər. Raqif Abbasov bu Zəfərdə Azərbaycan gənclərinin xüsusi rolunu qeyd etdi.

Tədbir incəsənət xadimlərinin iştirakı ilə bədii hissə ilə başa çatdı.

 

Keçidlər