Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə əlaqədar agacəkmə aksiyası keçirilib

04 noyabr 2021 | 11:00

Yasamal rayonunun 52 nömrəli tam orta məktəbinin ərazisində Zəfər Günü ilə əlaqədar agacəkmə aksiyası keçirilib. Aksiya Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub. Bu nəcib aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Qeyd olunmalıdır ki, həm birinci, həm də ikinci Qarabağ müharibələrində həlak olan şəhidlərimiz arasında Yasamal rayonun 52 nömrəli tam orta məktəbininin məzunları var. Belə ki, məktəbin on məzunu  Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibələrdə canlarını fəda ediblər.

Yasamal rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin, Bələdiyyə nümayndələrinin, təhsil işçilərinin və ictimaiyyət nümayəndələrinin  iştirak etdiyi ağacəkmə kampaniyasında Eldar şamı, səvr, dekorativ gül və kol bitkiləri olmaqla müxtəlif növ ağaclar əkildi.

Şəhid hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.Aksiyada çıxış edənlər bu tədbirin insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsasını qoyulacağından söz açdılar.

Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparıldı, habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərildi.

Keçidlər