Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid hərbi qulluqçumuz il mərasimində yad edilib

05 noyabr 2021 | 11:00

Bu gün Vətən Müharibəsinin şəhidi İlqar Ramazanlının xatirəsi ailə üzvləri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib. Şəhadətə qovuşmasının bir illiyində II Fəxri Xiyabanda İlqar Ramazanlının məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Dövlət himni səsləndirilib, şəhid hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirildi ki, İlqar Ramazanlı müharibədə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda” və “Xocavəndin azad olunması uğrunda”  medalları ilə təltif edilib.  Vurğulandı ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizi böyük Zəfərə qovuşdurdu. Şəhid ailələri və qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqətin göstərildiyi də qeyd edildi.

Mərasimdə şəhidin yaxınları onun xatirəsinə göstərilən ehtirama və ailəsinə göstərilən dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Keçidlər