Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi il mərasimində yad edilib

03 noyabr 2021 | 11:00

Bu gün Vətən Müharibəsinin şəhidi İsmayıl Kərimlinin əziz xatirəsi yaxınları və ictimaiyyət nümayəndələri tərəfindən anılıb. Şəhadətinin bir illiyində II Fəxri Xiyabanda  şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, güllər qoyulub. Şəhid hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.Tədbirdə Yasamal və paytaxtın digər rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, YAP rayon təşkilatının və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Mərasimdə bildirildi ki, İsmayıl Kərimli müharibədə göstərdiyi sücaətə görə “Vətən uğrunda”, “Şuşanın azad olunması uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.  Vurğulandı ki, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük Zəfəri gətirdi. Şəhid ailələri və qazilərin qayğı və ehtiyaclarına xüsusi diqqətin göstərildiyi də qeyd edildi.

Mərasimdə şəhidin yaxınları onun xatirəsinə göstərilən ehtirama və ailəsinə edilən hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Keçidlər