Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhid hərbi qulluqçusu yad edilib

20 oktyabr 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidi, leytenant Natiq Baxşəliyev Yasamal rayonunun ictimaiyyəti tərəfindən anılıb. Şəhid hərbi qulluqçunun Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib. Mərasim zamanı şəhidin ruhuna dua oxunub, cəbhədəki sücaətindən danışılıb və məzarı önünə güllər qoyulub.

Anım mərasimdə iştirak edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Natiq Baxşəliyev cəsur zabit olub və müharibədə göstərdiyi rəşadətə görə, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif edilib. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin Qarabağda işğalçı erməni ordusunu darmadağın etdiyini bildirdi. Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladı.Bildirildi ki, şəhid ailələri və qazilərlə İcra Hakimiyyətində mütəmadi görüşlər keçirilir, onlar fərdi qaydada dinlənilir və problemlərinin həlli üçün səylər göstərilir.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Anım mərasimində Milli Məclisin deputatları, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal Bələdiyyəsinin nümayəndələri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər