Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib

18 oktyabr 2021 | 11:00

Bu gün Yasamal rayonunun ictimaiyyəti 44 günlük Vətən Müharibəsinin şəhidi Feyruz Hacılını il mərasimində yad edib. Şəhid əsgərin Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhid hərbi qulluqçunun keçdiyi cəsur döyüş yolu barədə danışılıb.

İl mərasimində iştirak edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Feyruz Hacılı  Vətən müharibəsində qəhrəmanlıq göstərib və  “Vətən uğrunda”,"Cəbrayılın azad olunması uğrunda" və "Füzulinin azad olunması uğrunda"  medalları ilə təltif edilib. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusunun müasir tariximizdə ilk dəfə olaraq xalqımıza Zəfər Bayramı bəxş etdiklərini bildirdi. Qeyd olundu ki, Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə veteranlarına xüsusi qayğı ilə yanaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri sosial siyasət çərçivəsində şəhid ailələri, qazilər və əhalinin digər həssas təbəqə nümayəndələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Müvafiq tədbirlər çərçivəsində yerli icra hakimiyyəti orqanları şəhid ailələri və qazilərlə daima iş aparır və onların sosial rifah halına xüsusi diqqət yönəldirlər.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər və ölkə rəhbərliyinə diqqət və qayğıya görə dərin minnətdarlığını bildirdilər.Anım mərasimində millət vəkilləri, YAP Yasamal rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yasamal Bələdiyyəsinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər