Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidləri anılıb

13 oktyabr 2021 | 11:00

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçuları Teymur Abbasov və Yusif Nəcəfovun il mərasimi keçirilib. Mərasim çərçivəsində II Fəxri Xiyabanda dəfn edilən şəhidlərin məzarları ziyarət edilib, xatirələri bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.Azərbaycanın dövlət himni səsləndirilib.Şəhid hərbi qulluqçu Yusif Nəcəfov "Vətən uğrunda", "Kəlbəcərin azad olunması uğrunda" və "Döyüşdə fərqlənməyə görə"  medalları, Teymur Abbasov isə "Vətən uğrunda", "Füzulinin azad olunması uğrunda" və "Döyüşdə fərqlənməyə görə"  medalları ilə təltif edilmişlər.

İl mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkilləri, YAP rayon təşkilatının sədri, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə  minnətdarlıqlarını bildiriblər.

Keçidlər