Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətində qazilərlə növbəti görüş keçirilib

11 oktyabr 2021 | 11:00

Bu gün Yasamal rayon İcra Hakimiyyətində Vətən Müharibəsinin qaziləri ilə növbəti görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu cür təmaslar cənab Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına olan diqqət və qayğısından irəli gəlir. Bildirildi ki, qazilərin üzləşdiyi hər-hansı çətinliyin aradan qaldırılması bu gün dövlət idarələri üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşdə qazilərin qarşılaşdıqları problemlər və onların həlli mexanizmləri geniş müzakirə edildi. Əsas etibarilə əlillik dərəcəsinin təyini, bank borcları, müalicə, mənzil problemi, məşğulluq və digər sosial məsələlər diqqət mərkəzində oldu. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan bir sıra məsələlərin həllinə dair yerindəcə göstərişlər verdi, digər qurumlara aid məsələlərlə bağlı isə müvafiq müraciətlərin ediləcəyini bildirdi.

Keçidlər