Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi il mərasimində anılıb

11 oktyabr 2021 | 11:00

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Nurlan Mustafayevin il mərasimi keçirilib. Bununla əlaqədar Yasamal rayonundakı 2-ci Fəxri Xiyabanda dəfn edilən şəhidin məzarı ziyarət edilib.Şəhid hərbi qulluçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər qoyulub.

İl mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP rayon təşkilatının sədri, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb,onun "Azərbaycan Bayrağı" ordeni,"Vətən uğrunda","Füzulinin azad olunması uğrunda","Cəbrayılın azad olunması uğrunda" və
"Kəlbəcərin azad olunması uğrunda" medalları ilə təltif edildiyi haqda məlumat verilib.

Mərasimdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.Bildirilib ki, rəsmi qurumlar şəhidin yaxınlarına bundan sonra da hər cür dəstək göstərəcəklər.Şəhid ailəsinin üzvləri bu dəstəyə görə Ali Baş Komandan İlham Əliyevə öz dərin minnətdarlığını bildiriblər.

Keçidlər