Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu sakinləri kütləvi peyvənd olunur

25 avqust 2021 | 11:00

Son günlər paytaxtın Yasamal rayonunda  koronavirus infeksiyasına qarşı aparılan önləyici tədbirlər daha geniş miqyas alıb.  Yasamal rayonunda fəaliyyət göstərən 30-a yaxın monitorinq qrupu ictimai nəqliyyat və izdihamlı məkanlarda tibbi-profilaktik qaydalara və peyvəndlənməyə nəzarət edir. Bu qruplara daxil olan Yasamal rayon İcra Hakimiyyətinin, Bələdiyyənin, polisin və digər idarə və qurumların əməkdaşları sakinlər arasında maarifləndirmə işi aparır və müvafiq qaydalara riayət edilib-edilmədiyini yoxlayırlar. Vətəndaşlar xüsusən də vaksinasiya prosesinə qoşulmağa dəvət edilir.

Yasamal rayonu sakinləri toplam 11  peyvənd məntəqəsinə müraciət edə bilərlər, onlardan ikisi hər cür şəraiti olan avtobuslardır. Bu avtobuslardan biri “İnşaatçılar” metrosu çıxışında, digəri isə Əsəd Əhmədov küçəsindəki “Bravo” marketin yanında qərarlaşıb. Bu avtobuslarda Yasamal sakinləri tibbi personal tərəfindən çevik və müttəşəkil qaydada peyvənd olunurlar. Rayon sakinləri həmçinin yerli poliklinikalarda və bir sıra özəl tibb müəssisələrində də peyvənd oluna bilərlər.

Bu gün artıq hər kəsə məlumdur ki, bu bəlanın qarşısının alınmasının yeganə yolu əhalinin vaksinasiyadan keçməsi, xəstəliyin yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməkdən keçir. Yalnız bu qaydaları gözləməklə müsbət nəticə əldə etmək mümkündür.

Keçidlər