Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

13 avqust 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidi, kapitan Həmidağa Hüseynzadə ad günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib. Şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub. Mərasimdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Həmidağa Hüseynzadə  müharibədə göstərdiyi rəşadətə görə, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmidağa Hüseynzadə  Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun Qarabağda erməni işğalına son qoyduğunu bildirdi. Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını vurğuladı.Yasamal rayonu İcra Hakimiyyətinin başçısı şəhidin yaxınları ilə söhbət etdi, onların problem və qayğıları ilə marqlandı.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.Mərasimdə millət vəkili Səbinə Xasayeva,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, Yasamal rayonu İcra Hakimiyyəti aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər