Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda qazi və şəhid ailələrinə medallar təqdim edilib

11 avqust 2021 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına Yasamal rayon İcra Hakimiyyətində medalların təqdimetmə mərasimi  keçirilib.Tədbirdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, ötən il qazanılan hərbi qələbənin müasir Azərbaycan tarixində tayı-bərabəri yoxdur. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, qazi və şəhidlərimizin cəsarəti bizə bu böyük qələbəni gətirdi və 30 illik erməni işğalına son qoyuldu. Elşad Həsənov bildirdi ki, 44 günlük müharibədə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq indi dünyanın hərbi məktəblərində öyrənilir.

Bildirildi ki, Yasamal rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb və qazi və şəhid ailələrinə dəstək olmaq üçün maksimum səy göstərilir.

Qeyd olundu ki, Vətən müharibəsinin ilk günlərindən Yasamal sakinləri fəal şəkildə ordu sıralarına qoşuldular. Bu gün Yasamal rayonunun 33 şəhidi və 110 qazisi var. Yasamal rayon İcra Hakimiyyəti olaraq  şəhidlərin doğum günündə onların məzarları ziyarət edilir,  ailələrinə dəstək göstərilir.

Tədbirdə çıxış edən Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və digər natiqlər tarixi zəfərin əhəmiyyətindən söz açdılar.

Daha sonra qazi və şəhid ailələrinin üzvlərinə hərbi təltiflər təqdim edildi.Qazilər dövlətin diqqət və qayğısına görə Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.

Keçidlər