Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Yasamal rayonunda yad edilib

08 avqust 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidi, hərbi qulluqçu Hüseyn Tağıyev doğum günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib. Şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub. Mərasimdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Hüseyn Tağıyev  müharibədə göstərdiyi cəsarətə görə, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Hüseyn Tağıyev erməni işğalçıları ilə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il Azərbaycan ordusunun tarixi zəfər qazandığını bildirdi. Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ardıcıl siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını bildirdi. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı şəhidin anası, həyat yoldaşı və övladı ilə söhbət etdi, onların problem və qayğıları ilə marqlandı.

Mərasimdə çıxış edən şəhid ailəsinin üzvləri öz xatirələri ilə bölüşdülər, diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Yasamal RİH aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər