Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Vətən Müharibəsinin şəhidi yad edilib

22 iyul 2021 | 11:00

44 günlük Vətən Müharibəsinin şəhidi, XTQ kapitanı Nurlan Mustafayev doğum günündə Yasamal rayonunun ictimaiyyəti tərəfindən yad edilib. Şəhidin Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, burada onun ruhuna dualar oxunub, onunla bağlı xatirələr paylaşılıb. Mərasimdə çıxış edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Nurlan Mustafayev müharibədə göstərdiyi rəşadətə görə, “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Nurlan Mustafayev Hadrud uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun erməni işğalçılarını torpaqlarımızdan qovduğunu və onlara tarixi bir  dərs verdiklərini bildirdi. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı şəhidin yaxınları ilə söhbət etdi, onların problem və qayğıları ilə marqlandı.Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduqlarını bildirdi.

Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.

Mərasimdə millət vəkili Ülvi Quliyev, Yasamal RİH aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər