Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Vətən Müharibəsinin şəhidi yad edilib

18 iyul 2021 | 11:00

Vətən Müharibəsinin şəhidi Fərid Ələkbərovun doğum günü ilə əlaqədar bu günYasamal rayonunun ictimaiyyəti onun 2-ci Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib, ruhuna dualar oxunub. Mərasimdə şəhidin yaxınları ilə söhbət edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onların problem və qayğıları ilə marqlanıb, onlara hər cür dəstək göstərməkdə davam edəcəklərini bildirib. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Fərid Ələkbərovun peşəkar hərbçi olduğunu xatırladaraq onun Murovdağ, Füzuli,Cəbrayıl və Şuşa uğrundakı döyüşlərdə sücəaət göstərdiyini qeyd etdi. Elşad Həsənov şəhidin “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad edilməsinə görə”  medalları ilə təltif edildiyini bildirdi. Qeyd olundu ki, Fərid Ələkbərov kimi igid Azərbaycan zabit və əsgərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda düşmən üzərində tarixi qələbə qazandılar. Öz çıxışında Elşad Həsənov Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasəti sayəsində şəhid ailələri və qazilərin dövlətin qayğısı ilə əhatə olunduqlarını bildirdi.

Mərasimdə çıxış edən şəhidin anası Şükufə Hüseynova öz xatirələri ilə bölüşdü, diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.

Mərasimdə millət vəkili Elnur Allahverdiyev,  İçəri Şəhər Cümə məscidnin axndu hacı Surxay Məmmədli, Yasamal RİH aparatı və Bələdiyyəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Keçidlər