Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsinə hərbi təltiflər təqdim edilib

03 iyul 2021 | 11:00

Bu gün Vətən müharibəsinin şəhidi Həmidağa Hüseynzadənin ailə üzvlərinə “Vətən uğrunda” medalı və “Qarabağ” ordeni təqdim edilib.Təqdimetmə mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı baş idarəsinin rəisi, general-mayor Azad Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Ramin Şükürov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli  və digər şəxslər iştirak ediblər.

Hərbi təltifləri şəhidin valideynlərinə təqdim edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, Vətən müharibəsinin şəhidləri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıblar və Azərbaycan xalqı daima onları xatırlayacaq. Elşad Həsənov Qarabağda 30 ilə yaxın davam edən erməni işğalına Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun son qoyduğunu bildirdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı söhbət zamanı şəhid ailəsinin qayğı və problemləri ilə maraqlandı və onlara hər zaman dəstək olacaqlarını qeyd etdi.

Öz növbəsində şəhid valideynləri onlara göstərilən diqqətə və verilən yüksək dəyərə görə Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.

Keçidlər