Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinləri üçün yeni futbol meydançası istifadəyə verilib

09 iyun 2021 | 11:00

Paytaxtın Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyəti, Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov  AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin  sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.Açılış mərasimində çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, “5 mərtəbə” kimi tanınan ərazidə yeni meydançanın istifadəyə verilməsi yerli sakinlərin asudə vaxtını səmərəli keçirmələri üçün gözəl imkan yaradacaq.Həmçinin qeyd olundu ki, Azərbaycan futbolunun əfsanəsi, tanınmış hakim Tofiq Bəhramov vaxtilə bu binada yaşayıb.

Daha sonra açılışda iştirak edən uşaqlar və rəsmilərin iştirakı ilə futbol oyunu keçirildi. Qarşılaşmaya tanınmış incəsənət xadimi Bəhram Bağırzadə hakimlik etdi.

Keçidlər