Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal gəncləri peyvəndləmədə fəal iştirak edir

31 may 2021 | 11:00

Paytaxtın Yasamal rayonunda koronavirus pandemiyasına qarşı tədbirlər yeni mərhələyə daxil olub. Yasamal rayonu sakinləri, xüsusən də gənclər, davam edən vaksinasiyada fəal iştirak edirlər. Yasamal rayon İcra Hakimiyyəti peyvəndlənmənin mütəşəkkil qaydada aparılması üçün müvafiq yerli idarə və təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.

Yasamal rayonunda peyvəndləmə üçün ayrılmış  dörd poliklinika fəaliyyət göstərir: 3,16, 19 və 39 saylı, həmçinin təhsil işçiləri üçün 158 nömrəli məktəbdə xüsusi tibb məntəqəsi fəaliyyət göstərir. Qeyd olunan poliklinikaların ünvan və əlaqə nömrəsini bu keçid vasitəsilə əldə etmək mümkündür: /page/17.html

Peyvənd olunmaq istəyən Yasamal sakinlərindən bu poliklinikalara müraciət etməyi və müvafiq elektron qeydiyyatdan keçmək xahiş olunur : https://randevu.its.gov.az/CovidVaccine/ApplyForm

Keçidlər