Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi dəfn edildi

20 may 2021 | 11:00

2-ci Fəxri Xiyabanda Vətən Müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimovun dəfn mərasimi keçirilib.

Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib və yaylım atəşi açılıb.

Şəhidin cənazəsinin büküldüyü Azərbaycan bayrağı onun anasına təqdim olunub. Bayrağı təqdim edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid anasının qarşısında diz çöküb.Elşad Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun erməni işğalına son qoyduğunu bildirdi. Dəfn mərasimində həmçinin Salyan rayon İH başçısı Sevindik Hətəmov,Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qullquçular, şəhidin qohumları iştirak ediblər.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilirdi. Əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi bu günlərdə azad edilmiş ərazilərdə aşkar edilmişdir.

Keçidlər