Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinləri fəal şəkildə peyvənd olunur

20 may 2021 | 11:00

Paytaxtın Yasamal rayonunda koronavirus pandemiyasının yaratdığı təhlükənin qarşısının alınması məqsədilə profilaktik tədbirlər intensivləşib. Yasamal rayonu sakinləri ölkədə davam edən vaksinasiyada mütəşəkkil qaydada iştirak edir. Yasamal rayonundakı müxtəlif idarə və müəssisələrin əməkdaşları, həmçinin yerli sakinlər fəal şəkildə peyvənd olunur.Yasamal rayon İcra Hakimiyyəti peyvəndlənmənin mütəşəkkil qaydada aparılması üçün digər aidiyyatı qurumlarla əlaqələdirilmiş fəaliyyət göstərir.

Yasamal rayonunda peyvəndləmə üçün ayrılmış  dörd tibb ocağı fəaliyyət göstərir: 3,16, 19 və 39 saylı poliklinika. Həmçinin təhsil işçiləri üçün 158 nömrəli məktəbdə xüsusi tibb məntəqəsi fəaliyyət göstərir. Qeyd olunan poliklinikaların ünvan və əlaqə nömrəsini bu keçid vasitəsilə əldə etmək mümkündür: /page/17.html

Peyvənd olunmaq istəyən Yasamal sakinlərindən bu poliklinikalara müraciət etməyi və müvafiq elektron qeydiyyatdan keçmək xahiş olunur : https://randevu.its.gov.az/CovidVaccine/ApplyForm

Keçidlər