Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Liderin anadan olmasının 98-ci ildnönümünə həsr edilmiş tədbir

06 may 2021 | 11:00

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildnönümünə həsr edilmiş “Qlobal iqtisadi çağırışlar:Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri” mövzusunda videokonfrans keçirilib.Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru İbad Abbasov Ulu Öndərin Azərbaycan tarixində oynadığı roldan söz açdı və bu gün Qarabağın bərpasının əsas istiqamətlərindən bəhs etdi.

Konfransda çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki,Azərbaycanın otuz ilə yaxın bir dövrünü əhatə edən tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin həm Sovet dövründə, həm də 90-cı illərdə dövlət və xalq üçün etdiyi xidmətlər misilsizdir. 1993-cü ildə Azərbaycan dövlətini məhv olmaqdan xilas etməsi  yaddaşlarımızda əbədi həkk olunub.

Qeyd olundu ki, bu gün ölkəmizin müxtəlif sahələrdə qazandığı nailiyyət və uğurlar beynəlxalq səviyyədə etiraf olunur. Hələ 90-cı illərdə Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan daxili və xarici siyasət  hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir.

2020-ci il isə Azərbaycan üçün sözün həqiqi mənasında tarixi il oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağı azad etdi və indi biz birgə səylərlə Qarabağı dirçəltməliyik. Bu bölgənin kənd təsərrüfatı, turizm,nəqliyyat və digər sahələr üçün böyük potensial var.

Tədbirdə çıxış edən millət vəkili Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və digər natiqlər Qarabağın iqtisadi dirçəlişinin əsas istiqamətlərini açıqladılar.

 

Keçidlər