Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda şəhid ailələrinə dəstək davam edir

10 aprel 2021 | 11:00

Vətən müharibəsinin şəhid ailələrinə dəstək olmaq məqsədilə bu günYasamal rayon İcra Hakimiyyətnin başçısı Elşad Həsənov və Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov, Yasamal rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri və AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvləri şəhid ailələrini ziyarət ediblər. Şəhid yaxınları ilə görüş zamanı onların qayğı və problemləri barədə ətraflı söhbət aparılıb. Şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib. Birgə təşkilatçılıq ilə Yasamal rayonundakı onlarla şəhid ailəsinə müxtəlif çeşiddə ərzaq paketləri paylanılıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük müharibə zamanı silahlı qüvvələrimiz erməni separatçılığını məğlub edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı şəhid və qazi ailələrinin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını bildirdi. Şəhid ailələrinin üzvləri onlara verilən bu yüksək münasibətdən razı qaldıqlarını vurğuladılar.

Yasamal rayonundakı qazi və şəhid ailələrinə mənəvi və maddi dəstək davam edir.

Keçidlər