Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhidlərin xatirəsi yad edilib

21 mart 2021 | 11:00

Novruz bayramının gəlişi ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ictimaiyyəti Vətən müharibəsinin şəhid ailələrinə mənəvi dəstəyini ifadə edib. Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayondan seçilmiş millət vəkilləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ikinci Fəxri Xiyabanda şəhidlərin məzarlarını ziyarət ediblər.Burada şəhidlərin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidlərin ailə üzvləri ilə söhbəti zamanı onların gündəlik qayğı və problemləri ilə maraqlanıb.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazandı. Elşad Həsənov qazi və şəhid ailələrinin dövlət tərəfindən xüsusi qayğı ilə əhatə olunduqlarını qeyd etdi.Şəhid ailəsinin üzvəri Novruz bayramında onları yad etdiklərinə görə Elşad Həsənova minnətdarlığını ifadə etdilər.

Keçidlər