Şriftin ölçüsü :

Saytın rəngi :

Bəşəri siyasətin tribunası

01 mart 2021 | 11:00

Tarix heç zaman heç nəyi, o cümlədən xalqın adı ilə bağlı olan hadisələri heç zaman unutmur. Son yüz iyirmi ilin hadisələri də həm tarixdə yaşadılır, həm də düşüncələrdə. Gördüklərini, şahidi olduqlarını xələflər sələflərə danışıb. Xatirələr belə tarixləşir. Tarixi faktlar, hadisələr təsdiqləyir ki, siyasi məqsədlərə görə ermənilərin Qafqaza, Azərbaycana köçürülməyə başladığı vaxtlar soyqırımların, milli zəmində qırğınların başlanğıcı olub. Ermənilik müxtəlif səviyyələrdə mühafizə olunduğundan inkişaf edib, cücərib,yayılıb. Ötən əsrin sonlarında  keçmiş SSRİ hökumətinin siyasi dəstəyinə ümid olan erməni ideoloqları Azərbaycandan yeni torpaqlar qoparmağa cəhd göstərdi. Xalqın ruhu ermənilərin ərazi iddialarına qarşı sipərə çevrildi. 1920-ci ildən üzü bu yana keçmiş Sovet hökumətinin  siyasi qadağalarına baxmayaraq milli azadlıq mübarizəsi açıq müstəviyə keçirildi. Azərbaycan dövlətçiliyinin bərpasına yönəldilən milli-azadlıq hərəkatı həm də ermənuilərin ərazi idiiasını boğmağa yönəldilmişdi. İmperiya xalq hərəkatını, xalqın milli mübarizəsini boğmaq üçün 1920-ci ilin yanvarında Bakıda qırğın törətdi, ermənilər 1991-ci ilin 26 fevralında Xocalıda soyqırım. 1990-cı ilin 20 yanvarı da, 1991-ci ilin 26 fevralı da əbədiyyən lənətlənəcək.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqın adı ilə bağlı olan bütün tarixi hadisələrə beynəlxalq ictimaiyyəti əhatələyən auditoriyada münasibət bildirir. Bu münasibət təkcə həmin hadisə ilə məhdudlaşmır, həm də dövlətin cari və perspektiv strategiyasını bildirir.

Bilavasitə Azərbaycanla bağlı olsa da son ilin ən mühüm beynəlxalq hadisəsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da bu məslələr sual-cavab formatında şərh edildi. Mətbuat konfransı 30 əvvəl törədilmiş faciənin – Xocalı soyqırımının başvermə səbəblərini, başvermə mexanizmini bir daha xatırlatdı. Bu xatırlatma dünyanın diqqətini bir daha Azərbaycan gerçəkliklərinin dərkinə, ona dövlət səviyyəsində münasibət bildirilməsi zərurətinə yönəltdi. Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü kimi təqdim edən ölkə başşısı qeyd etdi ki, “Xocalı soyqırımının törədilməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən, bu barədə sualı cavablandırarkən qürur hissi ilə qeyd edirdilər ki, bəli, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər”.

30 il sonra Azərbaycan odusunun hissələri Ermənistanın növbəti irimiqyaslı təxribatının qarşısını qətiyyətlə aldı, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin əmri ilə əks-hücuma başladı. Bu, Vətən müharibəsi idi. Azərbaycan Ordusu Vətən müharibəsində həm torpaqlarımızı işğaldan azad etdi, həm də Ermənistanın elan etmədən başladığı müharibədə şəhid olanların, bu sıradan Xocalı faciəsinin qurbanlarının qisasını yetərincə aldı. Ölkə başçısının qeyd etdiyi kimi, Xocalı qurbanlarının intiqamı döyüş meydanında alındı...

“Ukrayna - 24” telekanalının əmkdaşının sualının başlanğıcı qürurveriicidir: Sizin təcrübəniz bizim üçün çox vacibdir. Yəni Azərbaycanın torpaqlarını işğaldan azad etməsi dünya ictimaiyyəti üçün böyük maraqdır. Azərbaycanı sevənlər buna sevinir, Azərbaycanı sevməyənlər isə  bundan kədərlənir. Yeri gəlmişkən, Vətən müharibəsində bir rus jurnalistinin Şuşanın işğaldan azad edilməsi haqqında yazdıqlarını xatırlayıram: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar”. Xarici jurnalistin bu döyüş təəssüratı, döyüş təsviri dünya müharibələr tarixinin bəlkə də ən heyrətləndici təsviridir. Ukraynalı jurnalistin sualının davamı dünya ictimaiy-yətinə belə bir heyrət yaşadanların sərkərdəsinin Zəfərdən sonrakı dövr üçün fikirlərini öyrənmək istəyi də Azərbaycana ehtiram kimi səslənib: Dinc vətəndaşların qayıtması məsələsini necə həll edirsiniz ki, onlar sülh şəraitində və təhlükəsiz yaşasınlar?

Ermənilərin işğal etdiyi ərzilırdə binalrın dağıldığını, infrastrukturların məhv edildiyini  bildirən ölkə başçısı suala cavab olaraq dedi: “...şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Bizim vətəndaşların qayıtması üçün əsas mərhələlər bunlardır. Biz həm də pilot layihələrə başlamışıq. Bir layihə - “ağıllı kənd” layihəsi artıq başlanıb. Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazi-lərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik”. Bu cavab ölkə başçısının Xocalı soyqırımı günündə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da insan amilinə, Azərbaycan vətəndaşına hansı səviyyədə sayğısı olduğunun təsdiqidir.

Böyük Britaniyanın “Teleqraf” qəzetinin əməkdaşının “Sizcə davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq olarmı?” sualı, əslində, Azərbaycanın bəşəri siyasətinin nədən ibarət olduğunu bir daha eşitmək istəyi kimi səslənib və cavab onun da, digər jurnalistlərin də informatsiya niyyətini dolğunluğu ilə ödədi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı bəşəri bir dövlətin bəşəri siyasətinin informativ tribunası kimi dəyərləndirilir.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Keçidlər